ƏLI-VƏSFDƏN ÜSTÜN INSAN

Allahın adı ilə

"Əli vəsfə sığmaz, düşüncədən uca, kəlam cövhərindən dərin olan insan idi ki, qönçə kimi açdı, ali meyarlarla yaşadı və uca ruhla getdi. O özündə dağların mətanət və əzəmətini, suyun incəlik və zülallığını, ildırımın parıltısını, günəşin hərarətini, dənizlərin dərinliyini, meşələrin genişliyini,Ş ilahi Mələklərin paklığını təcəssüm etdirən bir insan idi ki, fövqəladə bu dünyadan getdi".

Mövlana cəlaləddin Rumi.

Keçmiş insanların tarixi dövlərinin gözəl və çirkin əməllərini özündə əks etdirən güzgüyə bənzəyir ki, ağıllı insanlar ona baxmaqla dərs alır və ibrət götürürlər. Bu arada dünyanın böyük insanları və asimani şəxsiyyətlərinin tərcümeyi-halı ilə tanış olmaq hər kəs üçün nümunə ola bilər. Tarix səhnəsində islamın və bəşəriyyətin ən ali şəxsiyyətlərindən biri olan İmam Əlinin (ə) həyatı isə xüsusi əhəmiyyətə malikdir. Çünki onun həyatının mütaliəsi insanda fəzilət, paklıq, iman, təqvq, şücaət, fədakarlıq kimi hisslərin güclənməsinə səbəb olur.

Tarixin bəşəriyyətə tanıtdığı İmam Əlinin (ə) həyatının özü eyni zamanda tarix yaradandır.

İmam Əlinin (ə) mübarək adı Peyğəmbərdən sonra bəşər tarixinin ən parlaq adıdır. İslam tarixinin nə qədər fəzilətli, nə qədər nuru, nə qədər fəxri varsa, hamısı Əlinin (ə) adı ilə başlayıb onun adı ilə qurtarır.

Əli (ə) peyğəmbərdən (s) sonra tovhidi və Allah kəlamlarını çox hissəsinin ilahi mənalarını insanlara çatdırdı və əgər o bu dünyaya göz açmasaydı həmin kəlamların mənası indiyə qədər insanlar üçün məchul qalardı.

Əli (ə) danışan Quran, Allahın deyən dili idi. O öz rəftarı və sözləri ilə Allahın haqqını insanlara göstərər və insanları haqqa səslərdi. Çünki o, haqla və haqq da onunla idi.

Əlinin (ə) şəxsiyyətinin kamil surətdə tanınması adi insanlara müyəssər olmamalıdır. Çünki bu həqiqət Allah və onun Peyğəmbərinə (s) məxsusdur. Bu barədə Peyğəmbər (s) buyurmuşdur: "Ey Əli, Allah və məndən başqa heç kim layiq olduğun kimi səni tanımadı".

Bəli, bu həmin Əlidir (ə) ki, dünya onu lazımınca tanımadı, həqiqətini dərk etmədi. Dövrünün bir çox insanları onun ədalətinin şiddətinə dözə bilməyib Əliyə (ə) zülm etdilər.

Bəli, bu həmin islam abididir ki, ibadətdə onun misli yox idi, Allahı görmüş kimi ibadət edərdi. Allaha olan inamı elə qətiyyətli idi ki, elə bil onunla Allah arasında heç pərdə də yox idi.

Bəli, bu həmin Əlidir (ə) ki, döyüş meydanlarında zəfər bayrağı aparar və Allah düşmənlərinə qalib gəlirdi. Onun şücaəti o qədər parlaq idi ki, hətta Peyğəmbər (s) ona heyran olaraq buyurmuşdur:

"Əli kimi cavan qəhrəman yoxdur, Zülfüqar kimi də qılınc yoxdur".

Bəli bu həmin elm çeşməsidir ki, öz dövrünün bütün elmi-ictimai məsələlərini dərrakəsi ilə həll edərdi. Bu səbəbdən də peyğəmbər (s) onu elm şəhərinin qapısı adlandırmışdı.

Elm adamları və tarixçilər Əlinin (ə) ictimai elmi, hərbi, siyasi şəxsiyyəti barəsində çoxlu kitablar yazmışlar. Amma, çübhəsiz, bu ilahi şəxsiyyətin haqqını onlar layiqincə ödəyə bilməmişlər. Buna baxmayaraq bəzi dahilərin Əli (ə) haqqında söylədikləri fikirləri ilə sizi tanış edirik.

Karlayl-ingilis filosofu: "On dörd əsrdir ki, tarixçilər inam, qətiyyət, ədalət, şücaət, xeyirxahlıq, mənəviyyət kimi keyfiyyətlər ətrafında bəhs aparanda Əlinin (ə) adı bu diskusiyalar içərisində əsas yerlərdən birini tutur. Sadalanan keyfiyyətlər bu misilsiz insanda elə təcəssüm olunmuşdur ki, bəşəriyyətin bütün ağıllılarını heyran etmişdir".

Kənan Zərrar- ərəb tarixçisi: "Əli (ə) güclü insan və gözəl natiq idi. Ədalətə əsaslanaraq hökm edərdi. O, iman və eln çeşməsi idi. O, maddi sərvətdən qaçar və gecə ibadətlərini sevərdi. Allaha olan sonsuz eşqindən çox ağlar və dərin düşünərdi. Sadə geyinər və aza qane olardı".

Qustav Lebon- Fransz şərqşunası: "Əli (ə) təhlükələrdən qorxmurdu və eyni zamanda lazımsız olaraq özünü təhlükəyə atmırdı. O, cəsarətli və əzmli döyüşçü, eyni zamanda mehriban və rəhmli insan idi".

Şəbli Şamil-ərəb filosofu: "Əli (ə) özündə dövrünün ən böyük ağıl və mənəviyyatını toplamış insan idi. Əlinin peyğəmbərdən başqa heç kimlə müqayisə etmək olmaz. Çünki o, ən inamlı, ən sədaqətli, ən səxavətli, ən əxlaqlı insan idi".

Jan Jak Russo- Fransız filosofu: " Əli bu dünyaya gəlib özü üçün yaşayan və öləndən sonra unudulan insanlar kimi doğulmadı. O doğulanda elə bil dünyanı özü ilə gətirdi və öləndən sonra elə əbədiləşdi ki, elə bil dünya onun əbədiliyi qarşısında öz həyatını başa vurdu".

Xəlil Cəbran- Ərəb yazıçısı: "Bütün insanların keyfiyyətlərini sadalamaq mümkündür. Amma Əlinin keyfiyyətləri hesab anlayışını aşdı və zamanı öz əzəməti qarşısında diz çökdürdü".

Samuel zeymo-Holland tarixçisi: "Mən Əlini bəşəriyyətin ən dahi insanlarından biri hesab edirəm. Məhz belə şəxsiyyətlərin hesabına biz özümüzdə insaniliyi qoruyub saxlaya bilmişik. Əli kimi insanlar tarixin qurbanları deyil, onun yaradıcılarıdır".

Con Orks-ingilis tarixçisi: "Əli elə kamil insan idi ki, həyatı boyu bircə dəfə də nalayiq iş görməmişdir".

O cənab (ə) miyanə (orta) boylu idi. Üzü bədr ay kimi girdə, yanaqları ləl kimi qırmızı, qaşları kaman şəkilli qalın, boynu uzun, bədəni iri, kürəkləri enli, əzaları qüvvəli, qolları möhkəm və güclü idi. Qabaqdan başının iki tərəfində tük yox idi. Bu səbəbdən ona ənzə deyirdilər. Sinəsi və qarnı böyük, əzələləri qüvvətli idi. Müharibələrdə mübarizələrlə üz-üzə durduqda əhvalı dəyişməzdi və buyurardı: "Əhval dəyişən vaxtda kişinin cpvhəri tanınar". Çox hallarda iki qılıncla vuruşardı, həmişə də hərbdən fəth və qələbə ilə qayıdardı. Odur ki, ərəblər arasında zərbül-məsəl olmuşdu. Hansı davada fəth olmasaydı, deyərdilər: " Bu Əbül-həsən olmayan bir davadır".

Həzrət Əli (ə) kimdir?

Həmd və səna olsun Allaha, onun salam və salavatı olsun bəşərin ən yaxşısı həzrət Məhəmmədə (s) və hidayər yolunun çıraqları olan əhli-beytinə

Tarixi sənədlərə əsasən İmam Əli (ə) "Ammul-fil-Peyğəmbərin (s) doğulduğu 570-ci ildən 30 il sonra, cümə günü əzəmətli Kəbənin daxilində dünyaya göz açmışdır. O, həzrətin atası Əbdülmüttəlibin oğlu Əbu Talib (imran), anası Fatimə binti Əsəddir. Xanım Fatimə Əsəd qızı doqquz aylıq hamilə olduğu halda dua etmək üçün Kəbəyə gəlir. Qəflətən Kəbənin divarı yarılır və Fatimə Əsəd qızı içəri girir. Sonra divar yenə birləşir. Fatimə üç gün Kəbənin içində tək qalır. Rəcəb ayının 13-də Kəbə həmin yerdən ayrılır, Fatimə qucağında bir uşaq bayıra çıxır və qeybdən bir səs eşidir: "Ya Fatimə! Bu hörmətli övladının adını Əli qoy!".

Bu adın mənası "böyük", "yüksək", "uca" deməkdir. İndiyədək Əmirəlmömindən (ə) başqa heç kəs bu müqəddəs məkanda anadan olmayıbdır.

Rəvayətə görə Əbdülmüttəlibdən sonra Əlinin (ə) təlim-tərbiyəsini öz öhdəsinə götürür. Əlinin (ə)( 10 yaşı olanda Peyğəmbərə (s) iman gətirmişdir.

Quranı-Kərimdə Əli (ə) haqqında 300-dən artıq ayə nazil olmuşdur.

İmamətin atası olan (Əli (ə) 63 illik ömründə dünyaya 36 övlad (17 oğlan, 19 qız) bəxş eləmişdir. 30 il imamlıq dövrü yaşayan Əli (ə) hicri tarixinin  40-cı ilində, mübarək ramazan ayının 19-da Kufə məscidində Əbdürrəman ibn Mülcəm Muradi tərəfindən qətlə yetirilmişdir. ,ərafətli qəbri müqəddəs Nəcəf şəhərindədir.

Həmin gecə Əli (ə) evdən çıxanda ördəklər səs-küy qaldırır, toyuqlar qaqqıldaşırlar.

Amma çox çəkmir ki, övladları Əlinin (ə) qarşısını kəsib deyirlər: "Atacan, səni məscidə getməyə qoymayacağıq, gərək öz yerinə başqasını göndərəsən!".