HƏZRƏTİ ƏLİ (Ə) BARƏDƏ 110 HƏDİS (2)

1

Əli (ə) Qədir əmiri (padşahı)

عن زيد أرقم و جماعة من الصحابة، قال رسول الله صلي‌الله‌عليه‌وآله:

« مَنْ كنتُ مولاه فعلي مولاه، اللهمَّ والِ مَنْ والاه وعادِ مَنْ عاداه.»

Zeyd ibn Ərqəm və Peyğəmbərin (s) səhabələrindən digər bir qurupu belə rəvayət ediblər ki, rəsuli əkrəm (ə) buyurdu:

Mən hər kəsin mövlasıyam Əli də onun mövlasıdır.

İlahi onun dostlarıyla dost, düşmənləri ilə düşmən ol.[1]

2

Əli ümmətin hadisi (hidayət edəni və yol göstərəni)

عن ابن عباس: قال رسول الله صلي‌الله‌عليه‌وآله:

«أنا المنذر وعلي هادي ـ و أشار بيده إلي علي و قال ـ : بك يهتدي المهتدون.»

İbn Abbas Allahın rəsulundan rəvayət edibdir ki, o həzrət buyurdu:

Mən qorxudanam və Əli hidayət edən (bu zaman əlilə Əli (ə)- a işarə etdi və buyurdu:) Sənin vasitənlə hidayət olanlar düz yolu tapacaqlar və hidayət olacaqlar.[2]

3

Peyğəmbər (s) elminin şəhərinə giriş

عن عليّ عليه‌السلام و ابن عباس و جابر بن عبدالله: قال صلي‌الله‌عليه‌وآله:

«أنا مدينة العلم و عليّ بابُها ، فَمَن أراد العلم فليأت الباب.»

Əli (ə), ibn Abbas və Cabir ibn Abdullah rəvayət edibdirlər ki, əziz Peyğəmbər (s) buyurdu:

Mən elmin şəhəriyəm, Əli onun (o şəhərin) qapısı. Hər kəs elm istəyərsə onun qapısından daxil olsun.[3]

4

Əli (ə) Peyğəmbər elminin tərəzisinin iki gözü.

عن ابن عباس: قال رسول الله صلي‌الله‌عليه‌وآله:

«أنا ميزان العلم وعلي كفتاه، والحسن والحسين خيوطه، وفاطمة علاقته، والأئمة من بعدي عموده، يوزن به أعمال المحبين لنا والمبغضين لنا.»

İbn Abbas Peyğəmbərdən rəvayət edibdir ki, o həzrət belə buyurdu:

Mən elmin tərəzisiyəm, Əli o (tərəzinin) iki gözü, Həsən və Hüseyn onun ipləri, Fatimə onun asılqanı, sonrakı imamlar isə onun əl tutanıdır. Bu tərəzi ilə bizim dostlarımız və düşmənlərimiz ölçülər.[4]

5

Əlini xatırlamaq ibadətdir.

عن عايشة و ابن عباس: قال رسول الله صلي‌الله‌عليه‌وآله:

«ذكر علّي عبادة.»

Aişə və ibn Abbas Peyğəmbəri əkrəmdən nəql edirlər ki, o həzrət belə buyurdu:

Əlini xatırlamaq ibadətdir.[5]

İzah:Mənavi deyir: Yəni Allahın ibadətidir və Allah onun müqabilində savab verər.


[1]- Əhli sünnə sihahlarının, müsnədlərinin və rəvayət toplusu müəlliflərinin bir qurupu çoxlu səhih sənədlərlə təvatür həddini keçən sayda olan rəvayətlərdə nəql ediblər ki, peyğəmbər (s) "həccətül- vida"- dan qayıdan zaman "Qədir- xum" adlanan bir məkanda dayandı, xütbə oxudu və müsəlmanları iki qiymətli gövhərdən yapışmağa tövsiyə etdi ki, onun biri Allahın kitabı, o biri isə peyğəmbərin (s) Əhli- beytidir. Sonra əlavə etdi ki, bu iki gövhər, kövsər hovuzu kənarında peyğəmbərə yetişənə qədər heç vaxt bir- birindən ayrılmayacaqlar. Elə o zaman Əli (ə)- ın biləngindən tutub buyurdu: "Mən hər kimin mövlasıyamsa Əli də onun mövlasıdır..." Müəllifin fikrincə "Qədir", "vilayət", "Səqəleyn", "Mənzilət", "Teyr", "Kəsa", "Mübahilə" hədisləri və bu qəbildən olan digər hədislərin hamısı ən məşhur rəvayətlərdən hesablanır və ən səhih sənədlərlə yetişibdir ki, Peyğəmbərin (s) səhabələri onları nəql etmişdir. Sənədinin səhihliyi baxımından və rəvayi mənbələrdə məşhur olmaq və təvatür baxımından çox az rəvayət bunların mislində ola bilər. Bu rəvayətlərin sənədləri və mətnlərinin hamısını bir yerə toplamaq olduqca çətindir, belə ki, bunların hər biri üçün bir kitab yazılıbdır və bəzən də onların bəziləri barədə neçə cild kitab yazılıbdır. Biz bu kitabda təbərrük ünvanı ilə onların bəzilərini qeyd edirik.

Allaha həmd və şükr olsun ki, bizi Əmirəl- möminin və onun imam Məhdiyə (əc) qədər olan şiələrindən qərar veribdir.

[2]- Tarixi Dəməşq (imam Əlinin (ə) tərcümeyi halı) cild 2, səh 412 /923. Əddürrül- mənsur, cild 4, səh 45. Təfsiri ruhul- məani, cild 13, səh 97, Təfsiri Təbəri, cild 3, səh 72. Bu hədis məşhur rəvayətlərdəndir. Siyuti Dürrül- mənsur kitabında bu hədisin barəsində deyir: Bu hədisi ibn Cüreyr, ibn Mərduyə, Əbu Nəim Əl- mərifət kitabında, Deyləmi, ibn Əsakir və ibn Nəccar nəql edibdirlər. Elə ki bu ayə

«اِنَّما اَنت مُنذر و لكلّ قومٍ هاد»

nazil oldu, əziz peyğəmbər (s) öz mübarək əlini sinəsinə qoydu və buyurdu: "Mənəm qorxudan". O zaman öz mübarək əli ilə Əli (ə)- a işarə edərək buyurdu: "Ey Əli! Sənsən hidayət edən, məndən sonra hidayət olanlar sənin əlinlə haqq yolunu tapacaqlar." O, bu məzmunları Əbu Bərzədən, ibn Mərduyədən, Ziyadan (Əl- muxtar kitabında ibn Abbasadn) və Zəvaidül- müsnədi ibn əbu Hatəm kitabında Abdullah ibn Əhməddən, Təbəranidən və Hakimdən nəql edərək onu səhih hədis bilmişdir.

İbn Mərduyə, ibn Əsakir, Əli ibn Əbu Talibdən nəql edibdirlər ki, bu ayənin «اِنَّما اَنت مُنذر و لكلّ قومٍ هاد»barəsində buyurdu: "Allahın rəsulu (s) qorxudan, mən isə, hidayət edənəm".

[3]- Əl firdövs, cild 1, səh 44/106, Əl- müstədrək (Hakim), cild 3, səh 126, Tarixi Bağdad, cild 2, səh 277 və cild 4, səh 346, Məcməuz- zəvaid, cild 9, səh 114, Təhzibi Tarixi Dəməşq, cild 3, səh 38, Əl- ləalil məsnuə (Siuti) cild 1, səh 329, Əsədül- ğabə, cild 4, səh 22. (Fəthül- məlikil- əli bisihhəti hədisi babi Mədinətül- elm Əli) kitabında belə gəlibdir: Hafiz Siyuti Əlcameul- kəbir kitabında deyir: Müddətlər idi ki, mən bu hədisin sənədi sorğusunun cavabında deyirdim ki, bu hədis "Həsən"dir. Bir dəfə təsadüfən ibni Cüreyrin bu hədisin sənədi barədə olan tədqiqatı ilə rastlaşdım. İbn Cüreyr bu hədisin Əlidən nəql olmasını araşdırmış və bu nəticəyə yetişmişdir ki, hədisin sənədi səhihdir. Mən bu araşdırmaları gördükdən sonra xatircəm olmaq üçün istixarə etdim və əmin oldum ki, bu hədis "həsən" dərəcəsini ötüb və səhih* dərəcəsinə yetişmişdir.

* "Səhih" o hədisə deyilir ki, sənədlə nəql edilib və bu sənəddə gələn ravilərin hamısı adil, zabit (yaddaşlı) və hafizəli olsun və hədis nəql edərkən yalnız özü kimilərdən nəql etsin.

Mənaqibi Seyyiduna Əli, səh 25, Əl- müstədrək əl əs- səhiheyn, cild 3, səh 126.

Termizi Əl- cameüs- səhih kitabında (cild 5, səh 637 hədis 3723 ) Əli (ə)- dan nəql edibdir ki, Allahın rəsulu (s) buyururb: "Mən hikmət eviyəm, Əli onun qapısıdır." İbn Əsakir Tarixi Dəməşq kitabında (imam Əlinin (ə) tərcümeyi halında cild 2, səh 459, hədis 990) və Əbu Nəim İsfəhani Hilyəlül- övliya kitabında (cild 1, səh 64) həmin hədisi nəql edibdirlər.

Fəthül- məlikil- Əli bisihhəti hədisi babi Mədinətül elm Əli (ə) kitabına müraciət etsəniz dəyərli məlumatlar əldə edəcəksiniz.

Salman Farsi Peyğəmbəri əkrəmdən (s) rəvayət edir ki, o həzrət buyurdu: "Ümmətimin məndən sonra ən elmlisi Əbu Talib oğlu Əlidir." Əlfirdövs, cild 1, səh 370, hədis 1491, Cəmül- cəvame /3749, Kənzül- ümmal/ 32977. Səid ibn Müsəyyib deyir: "Rəsulalahın (s) səhabələri arasında (Səluni) (yəni, məndən soruşun) iddiasını edən yeganə şəxs Əli ibn Əbu Talib idi." Tozihud- dəlail, səh 211, Əl- istiab, cild 3, səh 40, Tarixi Dəməşq (imam Əlinin tərcümeyi halı) cild 3, səh 31, hədis 1054.

Süfyan belə deyir: "Hər bir şəxs Əli ilə elmi mübahisə etdisə Əli güclü dəlil və burhanlarla onu məğlub etdi." Mənaqibi ibn Mərduyə 77- 78.

İbn Mərduyə deyir: Peyğəmbərin (s) səhabələri üçün acınacaqlı bir hadisə qabağa gəldi, Ömər onları çağırdı və Əliyə dedi: Sən onların ən üstünü və ən alimisən, sən bir çıxış yolu tap. Mülhəqati ehqaqul- həqq, cild 8, səh 233. Bu məzmunla yaxın bir məzmun Zəxairul- üqba kitabında da nəql edilmişdir. Səh 81. Həmçinin çoxlu nəqllərdə gəlibdir ki, Ömər həmişə deyərdi: "Əgər Əli olmasaydı Ömər həlak olardı." Əlistiab, 39: 3.

Xülasə olaraq bildiririk ki, Əl- qədir kitabında bu hədis üçün yüz qırx üç mənbə qeyd olunubdur. Əllamə Ləkhuni bu hədis barəsində iki cild qalın kitab yazıbdır ki, səhifələri 1345- ə qədər gəlib çıxıbdır.

[4]- Əl- fördövs, 1/ 44/1077. Kəşfül- xifa 1/ 236.

[5]- Əl firdövs, 2: 244/3151. Əl cameüs- səğir, 1: 665/4332, Kənzül- ümmal, 11/601/32894, mənaqibi li ibn Əbu Talib (ibni məğazili), 243/206