| Geriyə | Mündəricat | Növbəti |
3-Xüms onun məsrəfi də tə`yin olunubdur.
4-Sədəqələr və Zəkat ki, onun da məsrəf səbəbləri müəyyən olub və elə həmin yerlərə də sərf olunur. Qur`an nazil olduqda, Kə`bənin zivərləri də öz yerlərində idilər. Allah onları həmən halında qoydu. Belə ki, nə onu unutmuşdu nə də o zivərlər Allahdan gizli qalmışdı. Buna görə sən də onları həmən halında ki, Allah və Peyğəmbəri qərar veriblər qoy, o cür qalsın.
Ömər bu dəlillərdən qane olub dedi:
«Əgər sən olmasaydın, rüsvay olardıq.» Və Kə`bənin zivərlərini olduğu kimi saxladı.
İki nəfər oğrunu Əli (əleyhissalam)-ın hüzuruna gətirdilər ki, onların arasında hökm yürütsün. Hər iki oğru beytül-maldan bir şey oğurlamışdılar. Təsadüfən bunların hər ikisi qul idilər. Bu fərqlə ki, biri beytül-malın qulu, o birisi isə camaatın qulu idi.
İmam (əleyhissalam) Beytül-mal qulu barədə buyurdu: «Bu özü Allahın malıdır və ona hədd yoxdur. Çünki, Allah malının bir hissəsini öz malından yemişdir.»
Camaatın qulu barədə isə belə buyurdu: «Gərək ona şiddətli hədd icra olunsun və əli kəsilsin.»
Bir gün Əli (əleyhissalam) özünün dost və qardaşları barədə (misal ünvanıyla) danışırdı və istəyirdi arxadaşlara desin ki, mənim dostum və qardaşım o kəsdir ki, mənimlə məktəb bağlılığı olmuş olsun. Belə bir adam ilə gərək müəyyən üstünlüklərə malik olsun. Arxadaşlar qulaq vermişdilər ki, görsünlər o üstün cəhətlər nədir? Görəsən o üstün cəhətlər onlarda vardır ki, Əli (əleyhissalam)-ın dost və qardaşı hesab olunsunlar ya yox?!
Hər halda bu zamanda da Əli (əleyhissalam)-a əlaqəmənd olanlar gərək diqqətlə bu haqda fikirləşsinlər ki, Əli (əleyhissalam)-ın dostu və qardaşıdırlar ya yox? O Həzrət özünün həqiqi dost və qardaşı üçün Onu üstün cəhət saydı:
Mənim keçmişdə bir qardaşım var idi. Dini qardaş ki, bu üstün cəhətlərə malik idi:
1-Dünya onun nəzərində həqir və kiçik idi
2-Yeyib-içməyə ürək bağlamamışdı və öz qarnının əsiri deyildi.
3-Sakit idi və çərənçilik etməzdi
4-Əgər söz danışardısa, onun sözü haqq və faydalı idi. Belə ki, pərəstiş edənlərin yanğısını söndürürdü.
5-Zahirdə zəif bir insan və müstəz`əf (təvazökar) idi.
6-Cihad və döyüş zamanı meydanda tək idi və şir kimi coşurdu və səhra ilanı kimi hərəkət edirdi
7-Məhkəməyə daxil olmazdan əvvəl dəlil göstərməzdi.
8-Heç kəsi iş barədə (imkan daxilində üzr qəbul etmək) üzrünü eşitməzdən qabaq məzəmmət etmirdi.
9-Heç bir dərddən sağalana qədər gilayə etmirdi.
10-Dediyinə əməl edirdi və o şeyə ki, əməl etmirdi demirdi.
11-Hər vaxt başqa bir şəxslə danışdıqda elə ki, ondan haqq söz eşidirdi sükut edirdi (və haqqa təslim olurdu).
12-Eşitməyə daha çox həris idi, nəinki danışmağa və başqalarının nəzərini vaizlərin danışığına diqqət yetirməyə cəlb edirdi.
13-Hərgah onun qarşısına iki iş çıxasaydı, fikirləşirdi ki, onlardan hansı biri nəfsani həvəslərə daha yaxındır. Həmişə də həva və həvəsdən uzaq, əql və hidayətə daha yaxın olanı seçərdi.
Sonra buyurdu:
«Gərək siz bu cür gözəl əxlaqda olasınız! Bu üstünlüklərin olmasında bir-birinizdən irəli gedin və əgər onların hamısını icra etməyə qüdrətiniz yoxsa bilin ki, onların az miqdarını yerinə yetirmək çoxunu tərk etməkdən daha yaxşıdır.»
Mövləvi demişkən: «Əgər dənizin suyunu çəkmək olmazsa, gərək susuzluğa qədər dadmaq.»
Bə`ziləri deyirlər: «İmamın bu qardaşdan məqsədi ya Peyğəmbər, səlləllahu əleyhi və alihi və səlləm ya Əbuzər, ya da Miqdad olubdur. Amma əllamə Xoyi «Nəhcül-bəlağə»yə öz şərhində bu deyimi misal ünvanıyla bəyənibdir.
Əbu Həyyan Teymi atasından nəql edir ki, dedi:
«Siffeyn müharibəsndə cəbhədə Əli (əleyhissalam)-la yoldaş idim. O Həzrət polkları hazırlayır və cəbhənin ön xəttinə göndərirdi. Döyüş meydanında Müaviyəni bir atın belində gördüm ki, az qalır yerə yıxılsın. Əli (əleyhissalam)-ı da gördüm ki, onun bir neçə addımlığında ata minib Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin şəmşirini əlinə alıb rəcəz oxuyur. Bu halda Əli (əleyhissalam)-ın ordusunun əsgərlərindən biri irəli gəldi və Əli (əleyhissalam)-ma dedi: «Ya Əmirəl-mö`minin! Özünü gözlə və zənnimcə bu məl`un (Müaviyəyə işarə) hiylə edib səni qafilgir etmək istəyir.»
İmam buyurdu: «Yox canım! Əcəl və qəti tale insanı qorumaq üçün kifayətdir.»
Hər bir insan xüsusi mələklər vasitəsilə qorunub saxlanılır. O vaxt ki, insanın əcəli çatdı o mələklər onu buraxırlar. Bu mətləb Nəhcül-Bəlağədə 62-ci xütbədə gəlib: O vaxt ki, Həzrəti ölümlə hədələdilər, buyurdu:
«Allah mənim üçün möhkəm sipər qərar verib. Bu da həmən əcəldir ki, məni hadisələrdən hifz edir və o vaxt ki, ömrümün sonu çatdı o sipər məndən uzaqlaşır və məni hadisələrə təslim edir. O, gün də nə nizə yana gedər nə də yara sağalar.» 201 nömrəli Qisar kəlmələrində belə gəlib:
Hər bir insanla iki mələk yoldaşdır ki, onu qoruyur, lakin müqəddəratı yetişdikdə onu buraxırlar. Əcəl möhkəm sipərdir.
Ənəs ibni Malik məşhur müsəlmanlardan biri və ənsarın Xəzrəc tayfasından idi. O zaman ki, Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm Mədinəyə hicrət etdi. Ənəsin anası onun əlini ki, 10 yaşında idi tutdu və Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin hüzuruna gəlib və ərz etdi: «Hər kəs sizə bir töhfə gətirdi, lakin mənim dünya malından bir şeyim yoxdur.» Bu övladımı nökərliyə qəbul et. Həzrət qəbul etdi və Ənəs on il Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin xidmətində durdu. 93 hicri ilində isə vəfat etdi və Bəsrədə evinin yanında dəfn edildi. Ənəs o adamlardandır ki, hicrətin ilk illərinin cəryanlarından Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin rehlətinə qədər baş verən hadisələrə yaxından nazir və şahid idi. Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmdən çoxlu hadisələr və rəvayətlər eşitmişdi. O vaxt ki, Təlhə və Zübeyr öz orduları ilə Bəsrəyə gəldilər və arada camaatı Əli (əleyhissalam)-a qarşı qiyam etməyə də`vət etdilər. Və bununla da Cəməl müharibəsini vücuda gətirdilər. İmam Əli (əleyhissalam) Ənəs ibni Malikə buyurdu:
«Təlhə və Zübeyrin yanına get və Peyğəmbərdən onlar haqqında n eşitmisənsə onlar üçün danış. (bəlkə düz yola qayıdalar və müharibəni qızışdırmaqdan əl götürələr).
İbni Meysəmin fikrincə onlar Peyğəmbərdən eşitmişdilər və Əli (əleyhissalam) Ənəsə buyurdu ki, onların yanına get və yadlarına sal. Bu idi ki, bir gün Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm Təlhə və Zübeyrə buyurdu:
«Tezliklə siz, Əli (əleyhissalam)-la müharibə edərsiniz, bir halda ki, siz ona zülm və sitəm edirsiniz (siz zalim və batil cəhətində qərar tutmusunuz).
Ənəs ibni Malik Əli (əleyhissalam)-ın fərmanından boyun qaçırdı (dünyası təhlükəyə düşməmək üçün haqqı tapdaladı) və Əli (əleyhissalam)-a ərz etdi: Mən onu yaddan çıxarmışam.
İmam Əli (əleyhissalam) ona buyurdu:
«Əgər yalan desən, Allah başını Ağ alışığa (bərəs xəstəliyi) mübtəla etsin ki, heç əmmamən onu örtə bilməsin.» Şərif Rəzi deyir: Bərəs xəstəliyindən məqsəd (pis iylənmiş)-dir ki, bir müddətdən sonra bərəs xəstəliyinin ağ ləkələri Ənəs ibni Malikin üzündə aşkar oldu və məndən sonra heç kəs onu niqabsız görmürdü.
Məşhur sünnü alimi ibni Əbil Hədid deyir: «Əli (əleyhissalam) Rəhbədə (geniş və məşhur yer) Kufədə camaatı and verib buyurdu: «Sizi Allaha and verirəm, məgər sizdən bir kişi Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmdən eşitməyibdir ki, o Həzrət «Həccətül-vida»dan qayıdandan sonra mənim barəmdə nə buyurdu:
«Hər kəs ki, mən onun mövla və rəhbəriyəm, Əli (əleyhissalam)-da onun rəhbəridir. İlahi Əli (əleyhissalam)-ı sevənləri sən də sev və düşmən san o kəsi ki, onu düşmən sanır.»
Bir qrup qalxıb buna şəhadət verdilər. Əli (əleyhissalam) Ənəs ibni Malikə buyurdu: «Sən də orada (Qədirdə) hazır idin bəs niyə indi şəhadət vermirsən?!»
Ənəs dedi: «Ya Əmirəl-mö`minin! Mən qocalmışam, yaddan çıxardıqlarım yadımda qalanlardan artıqdır.»
İmam (əleyhissalam) ona buyurdu: «Əgər yalan desən Allah başını ağ alışığa mübtəla eləsin ki, əmmamən belə o ağlığı örtə bilməsin.»
O ölməmişdən qabaq bərəs (xora) xəstəliyinə mübtəla oldu.
Həzrət Musa (əleyhissalam) Fir`on və Fir`onçulara qalib gələndən sonra tağutların fitnə və əziyyətlərindən rahat olsa da böyük daxili çətinliklərlə qarşılaşdı. O cümlədən budur ki: Bəni İsrail Musa (əleyhissalam)-la dənizdən keçəndən sonra onlar öz yolları boyunca bir qrupu gördülər ki, xuzu və təvazo ilə öz bütlərinin ətrafını tutmuş və onlara pərəstiş edirdilər. Cahil və korqəlbli adamlar bu mənzərənin tə`siri altında qərar tutub aşkarcasına Musaya dedilər: «Ey Musa! Bizə bir mə`bud qərar ver necə ki, onların özləri üçün mə`budları vardır.»
Həzrət Musa (əleyhissalam) bu cahilanə təklifdən çox narahat oldu və onlara buyurdu: «Siz cahil və xəbərsizsiniz.»
Bir gün bir nəfər yəhudi Əli (əleyhissalam)-ın hüzurunda müsəlmanlara irad tutdu ki; «Siz hələ peyğəmərinizi torpağa tapşırmamışdınız ki, ixtilaf etdiniz?!»
İmam Əli (əleyhissalam) onun cavabında bu diş sındırıcı cavabı verdi:
«Biz Peyğəmbərdən yetişən dəstur və sözlər barəsində ixtilaf etdik, nəinki Peyğəmbərin özü və nübuvvət barədə (ta yaradanın Allahlığına dair), amma sizin ayağınız hələ dənizin suyundan qurumamışdı ki, Peyğəmbərinizə təklif etdiniz «bizim üçün mə`bud qərar ver, necə ki, bütpərəstlərin mə`budları vardır»
Musa (əleyhissalam) isə onlara belə cavab verdi: «Siz nadan cəmiyyətsiniz.»
Əli (əleyhissalam)-ın dünənki dostları nadanlıq nəticəsində o Həzrətin yeni düşmənləri oldular və onun əmrindən çıxdılar. Ona görə bunlara Xəvaric deyirlər. Onlar nəinki bununla kifayətlənmədilər, əksinə Əli (əleyhissalam)-a qarşı müharibə e`lan etdilər və Əli (əleyhissalam)-ın arxadaşlarından bir neçə nəfərini öldürdülər. Nəhayət Əli (əleyhissalam) Nəhrəvanda onlarla qanlı müharibə etdi və onların hamısını həlakətə yetirdi (9 nəfərdən başqa ki, qaçdılar). Müharibədən sonra Həzrət onların ruhsuz cəsədlərinin yanına gəldi və onlara nəzər salıb xitabən buyurdu:
«Sizə əzab və nikbət olsun. Doğrudan da o adam ki, sizi aldatdı, sizə əvəz olunmaz zərər və ziyan varid etdi.»
Bir şəxs o Həzrətdən soruşdu:
«Onları kim aldatdı?»
İmam buyurdu: «Hiyləgər şeytan yoldan azdırandır və əmmarə nəfs onları arzularla aldatdı və onların üzünə günah yolunu açdı. Beləliklə onlara qələbə və`dəsi verdi ki, nəhayət onları cəhənnəmin yanar oduna atdı.»
İmam Əli (əleyhissalam) bu sözlərlə xəvaricin süqut, bədbəxtlik və zillətlərinin sirrini onların şeytan fətvasına əməl etmələrində və nəfsani həvəslərində bildi ki, onların fikri və siyasi inkişafına mane oldu və onları səadət sərhəddindən xaric etdi.
Və bu xəbərdarlıq və ixtar bizə və tarixin bütün insanlarınadır ki, xam arzulara ürək bağlamasınlar, ağla tabe olsunlar ki, xəvaricin nikbətli sonu kimi bir aqibət onların ətəyini tutmasın.
Əli (əleyhissalam)-ın müxlis, məhəbbətli və başbilən simalarından biri o Həzrətdən itaət yolunda şəhadətə yetişən Məhəmməd ibni Əbi Bəkrdir. O ziqə`də ayının 25-də «Həccətül-Vida» səfərində (10 hicri ili) Zul-həlifə diyarında (Mədinənin ehram bağlanan yeri) anadan oldu. Anası Əsma Ümeysin qızı idi ki, əvvəllər Cə`fəri Təyyarın yoldaşı idi və Cə`fərin şəhadətindən sonra Əbu Bəkrin həyat yodaşı oldu Əbu Bəkrin oğlu Məhəmməd də bu anadan doğuldu. Elə ki, Məhəmməd ibni Əbu Bəkr böyüdü, ali Əli və Əli (əleyhissalam)-ın haqq olduğunu bildi və ondan itaət yolunu seçdi. İmam Əli (əleyhissalam)-ın ona o qədər məhəbbəti var idi ki, buyururdu:
مُحمدٌ إِبْنى مِنْ صُلْبِ أبى بَكْرٍ
Əbu Bəkr sülbündən olan Məhəmmməd ibni Əbi Bəkr Əli (əleyhissalam)-ın qarşısında özündən elə ləyaqət və qoçaqlıq nişan verdi ki, Qeys ibni Sə`d ibni Übadəni o Həzrət Misrin valiliyindən çıxardı və onun yerinə Məhəmməd ibni Əbu Bəkri tə`yin etdi.
Məhəmməd Misrə getdi və İmam Əli (əleyhissalam) ona öz istəyinə əsasən höküməti idarə etmək qaydaları haqqında şərhli bir məktub yazdı. Müaviyə Məhəmmədə çoxlu məktublar yazdı ki, onu özünə tərəf cəlb etsin.
Lakin bir nəticə almadı və Məhəmməd ona aldanmadı. Axırda Müaviyə Misri tutmaq üçün Əmr Asın rəhbərliyi altında böyük bir diviziyanı Misrin üzərinə göndərdi. Məhəmməd Misir camaatını müqabiliyə də`vət etdi və ordu hazırladı. Və onu Kənanə ibni Bəşərin komandanlığı altında Əmr Asa tərəf yolladı. İki ordu arasında şiddətli müharbə baş verdi. Nəhayət Kənanə şəhadətə yetişdi və get-gedə Misir ordusu məğlub olub və dağıldı. Sonra Əmr Asın ordusu Məhəmməd ibni Əbi Bəkri tutub Müaviyət ibni Müdəycin yanına apardılar və çox danışdıqdan eləcə də Məhəmməd ibni Əbi Bəkrin möhkəm cavablarından sonra nəhayət Misirdə Müaviyət ibni Xüdəycin göstərişi ilə onun başını bədənindən ayırdılar. Onun pak peykərini ölümş eşşəyin dərisinin arasına qoyub odladılar və bu tərtiblə 38-ci ilin səfər ayında 28 yaşında Məhəmməd ibni Əbu Bəkr şəhadət şərbətini içdi.
Elə ki, Məhəmməd ibni Əbi Bəkrin şəhadət xəbəri Əli (əleyhissalam)-a çatdı çox məhzun oldu və buyurdu:
«O, şəhadətə yetişdi. Onu Allahın hesabına qoyuram. O, nəsihət qəbul edən və xeyirxah bir övlad idi. Çalışqan, iti və kəsici şəmşir, eləcə də sütun idi.»
Əbdürrəhman ibni Müsəyyib Fəzari ki, Əli (əleyhissalam)-ın Şamdakı məxfi mə`muru idi. Əli (əleyhissalam)-ın hüzuruna gəldi və dedi: «Elə ki, Məhəmmədin şəhadət xəbəri Şam camaatına çatdı və elə ki, Müaviyə onun öldürülməsi xəbərini mənbərdə e`lan etdi mən Şam camaatını heç bir vaxt bu cür görmədim ki, Məhəmmədin ölüm xəbərindən xoşhal oldular.»
İmam (əleyhissalam) buyurdu: «Lakin bil ki, bizim kədərimiz Şam camaatının şadlığından daha böyükdür.»
«Məhəmmədin şəhadətində bizim hüzn və kədərimiz Şamlıların şadlığı qədərdir. Çünki, onlar bir düşməni əldən verdilər, biz isə bir dostu itirdik. O, haqqın dostu və batilin düşməni idi.»
Allah bir kişiyə bir oğul vermişdi.
O kişinin dostu yanına gəldi və ona belə təbrik dedi: «Bu balacanın qəhrəman qədəmi mübarək olsun.»
İmam Əli (əleyhissalam)-ın da orada hüzuru var idi və onun təbrik qaydasını eşitdikdə. buyurdu:
Belə təbrik demə, əksinə bu cür de:
«Bağışlayana minnətdar ol və şükr et! Bağışlanan mübarək olsun. Ümidvaram böyüsün və sənin zəhmətlərinin qədrini bilsin. Və onun yaxşı əməllərindən xeyir görəsən.»
Bu tərtiblə nümunə oğulun ataya nisbətini belə tanıtdırdı ki, təkcə ataya heç bir ziyan və xətər yetirməz atası həmişə onun yaxşı işlərindən maddi və mə`nəvi xeyirlər görər.
Bir şəxs dünyadan getmişdi. İmam Əli (əleyhissalam) o şəxsin qalanlarının yanına getdi və onlara belə başsağlığı dedi: «Bu ölüm sizdən başlanmayıb və sizinlə də sona yetməyəcək. Sizin bu keçmiş təzə dost və yoldaşınız bə`zi vaxt müsafirətə gedirdi. Budur o, yenə də müsafirətə gedib. Əgər səfərdən qayıtdı daha yaxşı, yoxsa siz ona tərəf gedəcəksiniz.» Bu tərtiblə İmam (əleyhissalam) həm qalanlarına ürək-dirək verdi (ki, bu ümumi bir məsələdir) həm də onlara ibrət dərsi öyrətdi ki, bir gün siz də ölüm karvanına qovuşacaqsınız.
Deyirlər: Ölkələr fəth edən böyük və məşhur sərkərdə İskəndər ölüm astanasında anasına belə vəsiyyət etdi «Mənim cənazəmi İsgəndəriyyəyə aparın anama deyin təam süfrəsi açsın və bütün camaatı də`vət etsin məgər o kəs ki, əzizini və dostunu əldən vermiş olsa. Qoy iştirakçılar acı xatirəsiz məclisə varid olsunlar. Elə ki, onun anası bu vəsiyyəti eşitdi, vəsiyyətinə görə müfəssəl təam hazırladı və bütün camaatı ora də`vət etdi. Bu şərtlə ki, əzizinin və dostunun dağını görməmiş olsun. Yemək zamanı heç kəs gəlmədi.
Ana vaqiənin səbəbini soruşduqda dedilər: «Siz şərt etdiniz ki, o adam ki, onun qəlbində dost və əzizinin dağı yoxdur məclisdə hazır olsun. Dünyada elə bir adam yoxdur ki, belə olmuş olsun. Ana vəsiyyətin sirrini anlayıb dedi: «Oğlum mənə ən yaxşı yolla təsəlli verdi.»
Müğəyrətibni Şe`bə be`sətin beşinci ilində islamı qəbul etdi. O, zirək adamlardan biri idi və «Ərəb şeytanı» kimi şöhrəti var idi. Bu şəxs Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin rehlətindən sonra inhiraf yolda addımlayır və həyatda hədəfi qarın və məqam ələ gətirməkdə görürdü ki, bu yolda hər cür haqqı tapdamaq rüşvətxorluq və zülmdən çəkinmirdi.
Nəhayət Müaviyə tərəfindən Kufənin valisi oldu və yeddi il neçə aysa Kufədə hökumət etdi Müaviyənin göstərişlərini bir-bir icra etdi və nəhayət 49-cu hicri ilində taun xəstəliyi nəticəsində Kufədə dünyadan getdi.
| Geriyə | Mündəricat | Növbəti |