Geriyə Mündəricat  

Bu napak şəxsin müqabilində Əmmar Yasir adlı böyük və qiymətli bir adam var idi ki, düz onun əksinə olaraq Müaviyənin ən barışmaz düşmənlərindən idi. Və Əli (əleyhissalam)-ın ən müxlis arxadaşlarından və çox yaxın dostlarından hesab olunurdu. Əmmar Yasir axırda Siffeyn müharibəsində və mövlası Əli (əleyhissalam)-ın rikabında şəhadətə yetişdi. Bir halda ki, 94 il ömründən keçirdi.

Nəticə budur ki: Əmmar İmam Əli (əleyhissalam)-ın mehvərində addımlayırdı, Müğeyrə isə Müaviyənin mehvərində, ta bir gün bir mövzu üstündə Əmmar ilə Muğeyrə arasında düşməncəsinə söhbət və danışıq başladı. Bu xəbər Əli (əleyhissalam)-a çatdı. Əli (əleyhissalam) Əmmarı istədi və ona buyurdu: «Ey Əmmar! Onu (Muğeyrəni) burax! O, dini özünün dünyəvi mənafeyinə uyğun şəkildə əxz edibdir və əmələn haqqı özünə müştəbeh edibdir ki, öz batil şübhələrini özünün şum məqsədlərinə çatmaq üçün körpü qərar versin və onu özünün xilaf işləri üçün bir üzr kimi qələmə versin.»

Başqa sözlə Muğeyrə daha islah olunası deyil, qəlbi qaralıb və dünyanın zərq bərqi onu kar və kor edibdir ki, ona nəsihət etmək yumuruq vurmaq deməkdir.

138-HƏQİQİ, KAMİL İSTİĞFAR VƏ TÖVBƏ

Bir şəxs İmam Əli (əleyhissalam)-ın hüzurunda dedi:

«Allah dərgahından günahlarımın bağışlanmasını tələb edirəm.» Bir adamın bu cümləni səmimi qəlbdən ona e`tiqadı olub dilə gətirməsi çox göründükdən İmam Əli (əleyhissalam) ona buyurdu:

«Anan yasında otursun bilirsən istiğfarın mə`nası nədir?!»

İstiğfar – yüksək mərtəbəlilərin, şərif və mə`nəviyyatın yüksək səviyyəsində olanların məqamıdır.

Sonra İmam (əleyhissalam) daha çox izah üçün belə buyurdu: «İstiğfar bir kəlməsidir, lakin onun altı mə`na və məfhumu vardır:

1) Keçmiş günahlardan peşmanlıq.

2) Yenidən günaha tərəf qayıtmamaq üçün əbədi və qəti qərar.

3) Haqqun-nası əda etmək, belə ki, Allahla o cür görüşəsən ki, heç kimə borclu olmayasan.

4) Haqqullahı yerinə yetirmək (namaz, oruc, həcc...)

5) Diqqət edəsən o ətə ki, haram mal yeməkdən bədənində göyəribdir və onu keçmiş günahlarınla əlaqədar qəm və peşmanlıqla əridəsən ta onun yerinə təzə halal ət gəlsin. İlahi əhkamlardan itaət və onun ardınca getmək.

6) İtaətin çətinliyini özünə elə dadızdırasan ki, guya günahın ləzzət və şirinliyini dadırsan. Bu mərhələləri yerinə yetirəndən sonra edə bilərsən deyəsən:

«İlahi dərgahından bağışlanmaq tələb edirəm.»

Deyilməmiş qalmasın ki, tövbənin mərhələləri var. Şər`i tövbə həmən dörd əvvəlki xislətlə hasil olur. Lakin, həqiqi və kamil tövbə isə yuxarıda göstərilən mərhələlərdən keçməkdən asılıdır.

139-ƏLİ (ƏLEYHİSSALAM)-IN SƏBRİ VƏ DÖZÜMÜ

Təəssüflü Həkəmeyn hadisəsi Əli (əleyhissalam)-ın hökuməti zamanı baş verdi.

Əli (əleyhissalam)-ın dünənki arxadaşlarının bir hissəsi o Həzrətin kinli düşmənləri olmuşdular və Xəvaric ünvanıyla fitnəçiliklə və odlandırıcılıqla məşğul idilər.

Əli (əleyhissalam) əshab və arxadaşlarının kənarında əyləşmişdi. Bu dəmdə oradan gözəl bir qadın keçdi. Yığışanların gözü o qadına düşdü və onların hamısının diqqəti ona cəlb oldu. İmam Əli (əleyhissalam) buyurdu: «Bu camaatın gözləri bərk axtarışdadır (qadın görmək üçün həris olur) ki, bu da şəhvətin coşmasına və həyacana səbəb olacaq. Buna görə diqqətli olun ki, hərgah sizlərdən birinin gözü gözəl bir qadına düşdükdə öz həyat yoldaşınızla əlaqədə olun. Çünki, həyat yoldaşınız da o qadın kimidir!»

Xəvaricdən biri (rahatcasına və tamam azadlıqla) dedi: «Allah, bu kafiri öldürsün nə qədər bilikli və agahdır!.»

Əshab (onun cəsarətindən narahat oldular) öz yerlərindən sıçradılar ki, onu qətlə yetirsinlər, İmam (əleyhissalam) onlara buyurdu:

—«Sakit olun, söyüşün cavabı ya söyüşdür, ya bağışlamaqdır, ya da günahından keçmək.»

Bu cərəyan bizə bir neçə mətləbi öyrədir:

1) Əli (əleyhissalam)ın səbrani yüksəkliyi.

2) Əli (əleyhissalam)-ın hökumətində azadlıq.

3) Əli (əleyhissalam)-ın əfv və alicənablığı

4) Halal yolla coşan cinsi həvəsin söndürülməsi və haramın tərk edilməsi.

Deyilməmiş qalmasın: bu nəzərlə ki, Xəvaric cəhalət üzündən Əli (əleyhissalam)-ın kafir olmasına mö`təqid idilər. Onların nasəza demələri islama mö`təqid olan şəxsin, yə`ni Əli (əleyhissalam)-ma nasəza deməsidir ki, 2-cisinin həddi var və birincidə isə hədd yoxdur.

140-YOLDAN AZAN VƏ NAXƏLƏF OĞUL

Tarixdə çox görünüb ki, bə`zən oğul atanın yolunun azmasına səbəb olur və bə`zən də əksinə, ata oğulun yoldan azmasına səbəb olur. O cəhətlərdən biri ki, oğul atanın yolunu azmasına səbəb oldu Zübeyrin oğlu Əbdüllahın macərasıdır.

Zübeyr ibni Əvam ibni Xuvəylid Həzrəti Xədicənin qardaşı oğlu və Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin bibisi oğlu idi. Zira anası Səfiyyə Əbdülmütəllibin qızı idi. Zübeyr islamın sərdarlarından, möhkəm və sabit qədəm müsəlmanlarından idi ki, öz şəmşiri ilə dəfələrlə islamın hərimini müdafiə etmişdi hətta Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm onu həvarilərindən (yaxın arxadaşlardan) hesab edirdi. Lakin, o, Əli (əleyhissalam)-ın xilafəti zamanı bu qədər layiq keçmişi ilə haqq yolundan münhərif oldu və Təlhə ilə birlikdə Cəməl müharibəsini başladı. Amma müharibənin başlanğıcında Əli (əleyhissalam) ona nəsihət etdikdə bir qədər özünə gəldi və kənara çəkilərək öz evinə qayıtdı. Amma yol boyunca ibni Curmuz adlı bir şəxs onu qafilgir edib öldürdü və o, 67 yaşında hicri 36-cı ildə Vadiyüs-səbada qətlə yetirildi.

Zübeyrin 20 övladı var idi. (on bir oğlan və doqquz qız) onun tanınmış oğlanlarından biri Əbdüllah idi. İbni Əbil Hədid yazır: Əbdüllah atası Zübeyr və xalası (Aişə) ilə birlikdə Cəməl müharibəsniin başlanmasında iştirak edirdi... Əbdüllah namazda, orucda və ibadətdə çox təzahür idi.

Bununla belə rəyasət tələblik onu yoldan çıxardı. Cəməl müharibəsində Əli (əleyhissalam) ilə müharibə etməyin cəhənnəmdən başqa aqibəti yoxdur.

Zübey dedi: «O vaxtdan ki, ağlım kəsməyə başlamışdır, heç bir məkanda bu məkandakı kimi şəkk və şübhədə olmamışam. Əli (əleyhissalam) mənim yadıma bir sözü saldı ki, Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmdən eşitmişəm?!...»

Aişə dedi: Nə etmək istəyirsən?

Zübeyr dedi: İstəyirəm müharibədən geri çəkiləm.

Bu arada Zübeyrin oğlu Əbdüllah üzünü atasına tutub dedi: «Sən bu iki ordunu burda yığdın indi ki, bir-birini əzmək üçün şəmşirləri itilədilər istəyirsən, onları buraxıb qaçasan?

Bəli, ey ata, sən həqiqəti demirsən, əksinə sən Əli (əleyhissalam)-ın bayrağını daşıyan igid oğullardan ki, ölümü çiyinlərində daşıyırlar qorxmusan...»

Bu tərtiblə Əbdüllah atasını Əli (əleyhissalam)-la müharibəyə təhrik edirdi və onun kənara çəkilməsinə maneçilik törədirdi. Vəli Zübeyr onun sözünə qulaq vermədi və Bəsrədən xaricə çıxdı. Həmin əsasa görədir ki, İmam (əleyhissalam) öz danışıqlarının bir qismətində buyurur:

«Zübeyr həmişə biz Əhli-beytdən idi – o zamana qədər ki, naxələf oğlu Əbdüllah böyüdü.»

Bu tərtiblə İmam gələcək ataya xəbərdarlıq edib ixtar verdi ki, öz dinlərini qorusunlar və dinlərini öz övladları xatirinə əldən verməsinlər. Yuxarıdakı danışıqdan istifadə olunur ki, Zübeyr bu barədə səhlənkarlıq ya işi pozmaqla məşğul idi. Oğlu Əbdüllah isə onu bu işə məcbur edirdi və arzu edirdi ki, atası ali məqam və rəyasətə yetişsin. Ta o, da öz atasının məqamından sui istifadə etsin. Bəli, Zübeyr nübüvvət xanədanından idi. Amma oğlu onu bu böyük iftixardan məhrum etdi.

***

İlahi! Sənə çox şükr deyirik ki, bu gücsüzə güclü tovfiq inayət etdin ki, «Nəhcül-bəlağə» okeanının dalğalarında öz bacarığıma görə üzüb faydalanam və bu kitabı ki, 140 dastanı əhatə edir, haqq vurğunları və ədalət aşiqlərinə hədiyyə edim. Bununla da qoy Əli (əleyhissalam)-ın iş bacarığı və yolunu tanıyıb bu yolda addım atsınlar. Hər nə qədər bu böyük elmi və ədəbi dəryada çox üzürdümsə başa düşürdüm ki, heç bir qələmin bu böyük hikmətləri layiq olduğu kimi qələmə almaq iqtidarı yoxdur.

Pərvərdigara! Sənə hədsiz şükr edirəm. Tovfiq inayət etdin ki, böyük təqva və ədalət məktəbi ilə sıx bağlılığımız olsun. Dünya və axirətdə bu böyük İmamın ardıcıllarından olaq.

Amin Ya rəbbəl-aləmin, vəlhəmdu lillahi Rəbbil aləmin

Geriyə Mündəricat